Sabir Rüstəmxanlı ?Difahilər? romanını yekunlazdırmaq üzrədir

img

27-08-2009 [12:40]


Şair Sabir Rüstəmxanlı gələn il oxucularını yeni əsər və şeirləri ilə sevindirəcək. S.Rüstəmxanlı Müstəqil İnformasiya Agentliyinə deyib ki, son illər şairlik ömrümün ən ümdə hadisəsi kimi ?Cavad Xan? filminin təqdimatını sayır. ?Bu təqdimat məncə, Azərbaycan kinematoqrafiyasının ən uğurlu tövhəsidir. Bu film haqda müsbət rəylər vardır. Mirzə Şəfi Vazehin Gəncədə qurduğu ?Divani Hikmət? məclisinin davamı olaraq Bakıda bu ənənəni davam etdirərək, belə bir məclis yaradılmışdır. Mənim həmin məclisdə kiçik həcimli şeirlərimin təqdimatı olmuşdur. İndi ?Difahilər? romanı üzərində işləyirəm. Düşünürəm ki, yaxın günlərdə bir cildli bu kitabımı oxucularıma təqdim edim?, - deyən S.Rüstəmxanlı başqa bir kitab üzərində də işlədiyini bildirib: ?Bu, ?Vətəndaşlığın əlifbasıdır?. Bu kitabın yıgılıb çapa verilməsi isə gələcək planlarımda durur. Publisist bir kitab olacaq. İnanıram bu kitab nəşr olunduqdan sonra oxucularımın ən sevimli əsərinə çevriləcək?. Şair həm də seçilmiş əsərlərini 11 cildlik kitab şəkilinə salıb oxucularına təqdim etmək fikrindədir: ?Lakin hələlik bu istək arzu olaraq qalır, çünki kitabı çap etdirib, oxucularıma təqdim etməyə maddi durumum imkan vermir. Son illərin şeirlərinə dair bir kitab hazırlayıram, inanıram ki, bu kitab gələn ilin əvvəllərində işıq üzü görəcək. Kitabın adı hələ ki, məlum deyil. Yəqin ki, kitabın nəşri dövüründə adı fikirləşməyə qərar verərəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR