Azəriqızı Günel indi də Türkiyədə yemək verilizi aparır

img

26-08-2009 [06:50]


Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs tərəfindən kəşf olunandan sonra qardaş ölkədə şöhrət olan və Azəriqızı Günel adyıla tanınan xanım müğənni indi Türkiyə şou-biznesində özünə yer etməkdədir. Belə ki, Günel xanım hazırda yeni layhədə özünü sınamağa başlayıb. Türkiyənin ?Kanal 7? telekanalında yayımlanın ?Günellə ləzzətli dəqiqələr? adlanan verilişdə aparıcılıq edən Günel müxtəlif məsələlər müzakirə olunacaq. Bu verilişdə xüsusiylə də evlilik söhbətləri də aparılacaq. Artıq iki gündür ki, Günel verilişə başlayıb. Verilişə telefonla qoşulan İbrahim Tatlısəs Günelə uğurlar arzulayıb. Günel isə ?İbrahim bəy, mən Sizin sayənizdə bu yerlərə gəlib çıxmışam. Siz olmasaydınız, Azəriqızı Günel də olmazdı. Sizin əməkləriniz mənim Türkiyədə tanınmağıma səbəb olub. Ona görə də Sizə təşəkkürümü bildirirəm?, -deyib. İbrahim Tatlısəs isə təvazökarlıq edərək ?Qızım, səndə Allahdan yetənək var. Ona görə də bu gün öndəsən. Mən isə sadəcə araçı olmuşam, səni Türkiyəyə gətirmişəm. Hər şey böyük yaradanın əlindədir. Şükürlərini də, təşəkkürünü də Tanrıya elə?, - söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA