Opera və Balet yeni mövsümü ?Koroğlu? ilə açacaq

img

26-08-2009 [02:25]


Sentyabrın 1-də Opera və Balet Teatrı məzuniyyətə əlvida deyib iş başına qayıdır. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət ocağının mətbuat xidmətinin rəhbəri Şiküfə Ağamirzəyeva verib. ?Sentyabrın 1-dən sonra bütün teatr heyəti iş başındadır. Opera və Balet Teatrı yeni mövsümdə tamaşaçılarını ?Koroğlu? operası ilə açacaq. Həmin tamaşa bu günə qədər tamaşaçıları təqdim edilən ?Koroğlu?dan bir az fərqlidi. Buna səbəb isə həmin tamaşanın TÜRKSOY dəstəyi ilə ərsəyə gəlməsidir. Tamaşa sentyabrın 18-nə kimi türkdilli ölkələrin Opera və balet səhnələrində nümayiş olunacaq. Sentyabrın 18-də isə növbə Azərbaycanın olacaq?. Ş.Ağamirzəyevanın sözlərinə görə, bu mövsümdə operasevərləri sürprizlər gözləyir. Tamaşaçılar isə bu sürprizlərdən zamanla hali olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA