Novruzəli Məmmədovun ölümünün səbəbləri açıqlanıb

img

25-08-2009 [06:02]


Ədliyyə Nazirliyi Penitensiar Xidməti bu gün ?Tolişi sədo? qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümünün səbəblərini açıqlayıb. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, açıqlamada baş redaktorun ölümünə damarların trombozu nəticəsində beyin qan dövranının kəskin pozulmasının səbəb olduğu bildirilib. Məlumat da o qey olunur ki, N.Məmmədov penitensiar müəssisədə olduğu müddətdə tibbi müayinədən keçirilib, səhhəti daim həkim nəzarəti altında saxlanılıb: ?Vəziyyəti kafi olub, stasionar müayinə və müalicəyə ehtiyacı olmadığından bundan imtina edib. Novruzəli Məmmədov bu ilin iyulunda boyun və çiyin nahiyyəsində ağrılarla bağlı Müalicə Müəssisəsinə daxil olub. O, boyun fəqərələrinin osteoxondrozu, sağ tərəfli çiyin pleksiti diaqnozu əsasında müalicə alıb. N.Məmmədov həmçinin Bakı şəhərinin baş endokrinoqu və digər qabaqcıl klinikaların aparıcı mütəxəssisləri tərəfindən tam kliniki, laborotor, instrumental müayinələrdən keçirilib və ona lazımi müalicə kursu təyin edilib. O, yataq xəstəsi olmayıb və özünü müstəqil idarə edə bilib. Lakin 2009-cu il avqustun 17-də məhkumun vəziyyəti qəflətən pisləşib. Onda baş beyin və ürək fəaliyyətinin kəskin pozulması müşahidə olunduğundan xəstənin intensiv müalicəsinə nazirliyin həkimləri ilə yanaşı Səhiyyə Nazirliyinin reanimasiya sahəsində aparıcı mütəxəssisləri də cəlb olunub. Görülən tibbi yardımlara baxmayaraq xəstənin ürək fəaliyyətinin pozulması proqressivləşib və məhkum N.Məmmədov elə həmin gün dünyasını dəyişib?. Xatırladaq ki, 2007-ci ilin fevralında həbs edilmiş N.Məmmədov ötən il iyunun 24-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə dövlətə xəyanətdə - İran xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR