?Əks-səda? BJTM Quba qadınları ilə görüz keçirib

img

25-08-2009 [05:38]


?Əks-səda? Beyənəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi avqustun 25-də Quba şəhərində ?Qadın problemləri və cəmiyyət? mövzusunda dəyirmi massa keçirib. Dəyirmi masada Quba şəhərində müxtəlif təşkilat və müəsissələri təmsil edən xanımlar iştirak edib. Qeyd edək ki, analoju tədbirlər Gəncə, Lənkəran və Bakı şəhərində keçirilib. Tədbirlər Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi ?Qadın problemlərinin həlli mövcud vəziyyət və çıxış yolları ? layihəsi çərcivəsində baş tutub. Layihənin eksperti Sədaqət Kamal ? Gender (qadın kişi bərabərliyinin təminatı) haqqında qanun reallaşmasına doğru?mövzusunda mühazirə oxuyub. Tədbirdə iştirak edən fəal xanımlar şimal bölgəsində qadınlarını üçün aktual problemlərindən danışıblar. Bundalən əvvəl anoloji dəyirmi masaların QHT və KİV nümayəndələrini iştirakı ilə Bakı şəhərində, Gəncə şəhərinin və cənub bölgəsinin fəal xanımlarının iştirakı ilə Lənkəran şəhərində keçirilib. Bu görüşlərdə qadınların iş yerlərində cinsi qısnamalar məruz qalmaları, əmək qanunvericiliyinin işə götürən tərəfindən pozulması və konkret faktlar əsasında müzakirə aparılıb. Təkcə qadınların iştirak etdtiyi dəyirmi masada bir sıra aktul məsələr müzakirə olunub. Dəyirmi masada iştirak edən xanımlar təkliflərlə çıxış ediblər. Qeyd edək ki, may ayının 1-dən başlayan layihə çərçivəsində indiyədək bir sıra işlər görülüb. Bakı, Lənkəran və Gəncə şəhərlərində 300 qadın respondent arasında sorğu keçirilib. Bakı şəhərində keçirilən sorğu zamanı qadınların məşğulluq problemi araşdırılıb. Lənəkəran və Gəncədə aparılan sorğuda daha çox qadın hüquqlarına dair suallar verilib, ailə daxili zorakılıq hallarının vəziyyəti araşdırılıb. Halhazırda 15-dək KİVn ?də gedən qadın problemlərinə dair yazıların monitorinqi aparılır. Layihə çərçivəsində hələ görüləcək çox işlər var. Avqust ayından etibarən Mərkəzin bir telefonu Qaynar xətt rejimində işləy. 4175442 saylı telefon vasitəsi ilə qadınlar problemlərinin ictimailəşməsinə imkan qazanıblar. Qaynar xətdə iş yerində seksual qısnamalara məruz qalan xanımlardın anonim şəkildə məlumat toplanacaq. Sentyabr ayında Bakı şəhərində KİV və QHT nümayəndəlirinn iştirakı idə ?Cəmiyyətdə qadın problemlərinin təzahür formaları: KİV-lərin mövcud reallıqlara baxışı? mövzusunda keçiriləcək dəyirmi massa keçiriləcək. Dəyirmi masada həm Bakı şəhərində həm də regionlarada aparalıan sorğuların nəticələri müzakirə olunacaq. Aidiyyatı qurumlara təkliflər hazırlanıb təqdim olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR