Yalçın Rzazadə sentyabrda yaradıcılıq izlərinə bazlayacaq

img

25-08-2009 [04:07]


Xalq artisti Yalçın Rzazadə sentyabr ayında yarıdıcılıq işlərinə başlayacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sənətkarın özü məlumat verib. ?Əməliyyatdan sonra özümü yaxşı hiss edirəm. Amma buna baxmayaraq, həkimlər müəyyən müddətə qədər işləməməyi məsləhət bilib. Oktyabr ayında məhz bununla bağlı Türkiyəyə getməliyəm. Əməliyatdan sonra ilk dəfə müayinə olunmalıyam. Dərmanlar qəbul etməliyəm. Açığını deyim ki, qəbul etdiyim bütün dərmanlar Türkiyə və başqa ölkələrdən alıram. Çünki Azərbaycanda satılan dərman preparatlarına inamım qalmayıb?- deyən sənətçi deyib ki, hazırda o, bir çox telekanalardan dəvət alır. Amma Yalçın müəllim bu dəvətlərin heç birini qəbul etmir: ?Bunun səbəbləri var. Ürək insanı idarə edən bir orqandı. Mən də təzəcə əməliyyatdan çıxmışam. Hər hansı bir hərəkət yaxud da danışıq ürəkdən keçən şeylərdi. Ona görə bir az öz-özümə qadağa qoymuşam. Amma bu qadağalara baxmayaraq, sentyabrda bəzi mahnılar var ki, onları yazdırmaq istəyərim. İnşallah belə getsə, o mahnılar səsyazma studiyalarında yazılacaq. Azərabycanda və Türkiyədə gözəl dostlarım var. Onlar mənə həmişə dəstəkdir. Harada yaxşı oğlanlar var onların qarşısında baş əyirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA