Milli azlıqların nümayəndələri üçün təlimlərə bazlanıb

img

24-08-2009 [03:30]


Gənclər üçün Təhsil Mərkəzi ötən aydan başlayaraq Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə ?Fərqli olsaq da, birlikdəyik? adlı yeni layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında yaşayan milli azlıqlar üçün təlim proqramının icrasına başlayıb. Layihə müəlliflərinin MIA-ya verdiyi xəbərə görə, Mərkəz 25 nəfər müxtəlif milli azlıq qrupundan olan gənci Bakıda bir araya gətirib. Əsas məqsədi milli azlıqlardan olan gənclərin vətəndaş cəmiyyətinin inkişafı prosesində rolunu artırmaq, onların QHT idarəçiliyi, layihələrin yazılması və idarə edilməsi, liderlik qabiliyyətlərinin inkişafı istiqamətində təlimatlandırılması və aktiv vətəndaşlıq dəyərlərinin aşılanması olan təlimin 27 avqustadək davam etdirilməsi nəzərdə tutulub. Qeyd edək ki, təlim çərçivəsində milli azlıqlardan olan gənclərin öz mədəniyyətlərini təqdim etmələri, bir sıra QHT-nin ofisinə tanışlıq səfərlərinə getmələri və mədəni proqramlar təşkil etmələri üçün şərait yaradılacaq. Bu gün Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev təlim iştirakçıları ilə görüş zamanı qeyd edib ki, layihə çərçivəsində hədəf qrupları üçün regionlarda da təlim proqramları təşkil olunacaq və təlim keçmiş gənclər vasitəsilə yerlərdə milli azlıqlardan olan gənclərlə bağlı kiçik layihələr həyata keçiriləcək. 26 avqust 209-cu il tarixdə kütləvi informasiya vasitələrinin iştirakı ilə təlim başa çatdırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR