?Sağlam Həyat Tərzi və idman? layihəsi baza çatıb

img

24-08-2009 [03:23]


Gənclər Təşkilatları Milli Şurası Gənclər və İdman Nazirliyi və UNİCEF-in dəstəyi ilə həyata keçirdiyi ?Sağlam Həyat Tərzi və İdman? layihəsi başa çatıb. Gənclərin sağlamlığı və sağlam həyat tərzinin aşılanması istiqamətində Gənclər Təşkilatlarının Milli Şurasının növbəti layihəsi olan ?Sağlam Həyat Tərzi və İdman? adlı Həmyaşıdan-həmyaşıda Təhsil layihəsi çərçivəsində 17-23 avqust 2009-cu il tarixdə Oğuz rayonunda yerləşən AFRA otelində Gənclərin Yay Məktəbi keçirildi. Yay məktəbi çərçivəsində Yay Məktəbinin iştirakçıları Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İlham Məmmədov, Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının ölkə üzrə rəhbəri Məzahir Əfəndiyev, BMT nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Envera Salimaovich, Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Azər Bayramov və Nərmin Bayramova ilə görüşüblər. Yay məktəbinin iştirakçıları Bakı şəhərinin Əzizbəyov rayonu, Masallı və Hacıqabul rayonlarından 16-24 yaşlı həmyaşıdan-həmyaşıda təhsil proqramlarında iştirak edən 35 nəfər gənc olub. Yay Məktəbinin davamı olaraq Gənclər Təşkilatlarının Milli Şurasının Həmyaşıd Təlimçiləri tərəfindən 2009-cu ilin sentyabr-dekabr aylarında Əzizbəyov rayonu, Gəncə, Quba, Lənkəran, Füzuli, Şirvan, Masallı və Hacıqabulda 2700 nəfər gəncə ?Sağlam Həyat Tərzi və İdman? mövzusunda Təlim Sessiyaları təşkil ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR