ibrahim Tatlısəs öz verilizində Azəriqızı Güneli və Azərbaycan dilini təhqir etdi

img

21-08-2009 [07:13]


Tanınmış türk müğənnisi İbrahim Tatlısəsin ?StarTV?-də yayımlanan ?İboShow? verilişində növbəti dəfə narazılığa səbəb olub. Ötən gün yayımlanan verilişdə Tatlısəs verilişinə qonaq çağırdığı Azəriqızı Güneli və Azərbaycan dilini təhqir etdi. Belə ki, veriliş başlayan zaman Azəriqızı Günel efirə çıxanda Azərbaycan dilində qonaqları və televiziya tamaşaçılarını salamladı. İbrahim Tatlısəs isə ?Qızım, normal dildə danış? deyərək, həm qonağını, həm də Azərbayacan dilini aşağıladı. Özünü itirən Günel isə pərt şəkildə ?Sən bizim böyüyümüzsən, hamımızın sənə hörməti var? cavabını verdi. Qeyd edək ki, İbrahim Tatlısəs bundan əvvəl də bu kimi hərəkətlər etmişdi. Yəni ard-arda Azərbaycan mahnıları oxuyan müğənninin çıxışını kəsərək türk mahnıları oxumasını tələb etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA