Yay Məktəbinin iztirakçıları narkomaniyaya qarzı mübarizəni müzakirə ediblər

img

21-08-2009 [04:51]


Dünən Oğuz rayonunda Gənclər Təşkilatları Milli Şurası (GTMŞ), Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə təşkil etdiyi "Sağlam Həyat Tərzi və İdman" Həmyaşıddan-həmyaşıda təhsil layihəsi çərçivəsində Yay Məktəbinin iştirakçıları Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının rəhbəri Məzahir Əfəndiyev, Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Azər Bayramov və Nərmin Bayramova ilə görüşüblər. Lent.az-ın verdiyi məlumata görə, Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının rəhbəri Məzahir Əfəndiyev iştirakçılara SCAD proqramı haqda ətraflı məlumat verib. Görüşdə narkomaniya ilə əlaqədar mövcud durum, həyata keçirilən profilaktik layihələr, bu işdə gənclərin rolu və təcili tədbirlər geniş müzakirə olunub. Eyni zamanda SCAD proqramı çərçivəsində GTMŞ tərəfindən həyata keçirilən "Narkotiklərsiz həyat" layihəsi zamanı hazırlanmış sosial rolik iştirakçılara təqdim olunub, gənclərə sağlam həyat tərzinin aşılanması istiqamətində sosial roliklərin vacibliyi və səmərəliliyi vurğulanıb. Günün ikinci yarısında baş tutmuş görüş zamanı dövlət qulluğu məsələlərinə dair mövcud qanunvericilik, gənclərin dövlət qulluğuna cəlb olunması, qəbul qaydaları və dövlət qulluqçularının əməyinin qiymətləndirilməsi müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR