ANS-in saytı izləmir

img

21-08-2009 [12:44]


Dünən anspress.com saytına daxil olub yeni məlumatlarla tanış olmaq istəyən oxucular bir gün öncənin xəbərlərini görüblər. Operativliyi ilə seçilən saytın fəaliyyətindəki bu axsamanın səbəblərini öyrənmək üçün redaksiya ilə əlaqə saxladıq. Portalın şef-redaktoru Kəmalə İsgəndərova bizə açıqlamasında bildirdi ki, fəaliyyətlərində müvəqqəti texniki problemlər üzə çıxdığından hələlik sayta anspress.ws ünvanının köməyi ilə daxil olmaq mümkün olacaq. Onun sözlərinə görə, problem servis xidməti ilə bağlı yaranıb. Bu arada saytın dizaynında da dəyişiklik edilib: ?Portalın indiki halında informasiyalar bir qədər azlıq təşkil edir. Amma bu da texniki problemlərlə bağlıdır. Servislə problem həll olunan kimi oxucular anspress.com yazıb, portala girə biləcəklər. Ona görə bir-iki günlük problemə görə elan verib oxucuları çaşdırmaq istəmirik?. K.İsgəndərova həmçinin bundan sonra saytda daha çox analitik yazılara yer verəcəklərini də dedi. Onun sözlərinə görə, bu zaman portalın öz analitiklərinin yazılarından istifadə olunacaq: ?Bizim məqsədimiz portalın öz analitiklərinin formalaşmasıdır. Ekspertlərimiz azdır. Ona görə də gənclərin potensialını görüb onu qabardırıq?. (Yeni Müsavat)

Digər xəbərlər
SON XƏBƏRLƏR