Deputat ilham Məmmədov gənclərlə görüzüb

img

20-08-2009 [04:29]


Oğuz rayonunda Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə təşkil etdiyi "Sağlam Həyat Tərzi və İdman" Həmyaşıddan-həmyaşıda Təhsil layihəsi çərçivəsində Yay Məktəbinin iştirakçıları Milli Məclisinin Sosial Siyasət daimi komitəsinin üzvü, millət vəkili İlham Məmmədovla görüşüblər. Ğüstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə əhalinin sağlamlığı və səhiyyə sahəsində mövcud milli qanunvericilik, müzakirəyə çıxarılması nəzərdə tutulan qanun layihələri müzakirə olunmuş, gənclər narahatlıqlarını ifadə edərək konkret təkliflərlə çıxış etmişlər. Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkədə həyata keçirilən səhiyyə islahatları, dövlət proqramları, səhiyyə sahəsində təkmilləşdirmə və inkişaf prosesi yüksək dəyərləndirilmiş və gənclər bu islahatları dəstəklədiklərini bildirmişlər. İlham Məmmədov öz çıxışında qeyd etmişdir ki, HİV/AİDS, tütün, narkotiklər və digər pis vərdişlər ayrı-ayrı fərdin deyil, ailələrin, icmaların, cəmiyyətin bəlasıdır. Gənclərin sağlam həyat tərzinin təbliğatçıları olması təqdirəlayiqdir. Cənab prezident də hər zaman söyləyir ki, heç bir krizisə baxmayaraq, büdcəmiz hər zaman əhalinin sosial rifah halının yüksəldilməsinə xidmət edir. Görüşdə iştirak edən ARGTMŞ sədri Fuad Muradov bildirmişdir ki, gənclərin millət vəkilləri ilə görüşlərinin keçirilməsi gənclərin həyat tərzi ilə əlaqədar qanunvericilik bazasının yaradılmasına müsbət təsir göstərir. Ona görə də, Milli Şura öz fəaliyyəti çərçivəsində bu görüşləri mütəmadi olaraq həyata keçirir. Yay Məktəbi avqust ayının 23-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR