Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

img

20-08-2009 [03:21]


Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib. Şura sədrinin müavini Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri gündəliyə daxil olunan 6 məsələ ətrafında geniş müzakirələr aparıblar. Həmin gün ?Azadlıq? qəzetində dərj edilən yazılarla bağlı 2 şikayətə baxılıb. ?İnam? Plüralizm Mərkəzinin sədri Vahid Qazinin bu nəşrdə gedən ?QHT? qaranlığında yaradılan suitalar? (26 iyul 2009-ju il) sərlövhəli yazı ilə əlaqədar mürajiəti araşdırılarkən belə bir ümumi fikir qabardılıb ki, hər hansı nəşrin, yaxud köşə yazarının digər müəllifləri müxtəlif məsələlərin işıqlandırılmasında məhz onların mövqelərinə, baxışlarına uyğun fikirlər yer almadığına görə qınaq hədəfinə çevrilmələri heç də məqbul hal sayıla bilməz. Adıçəkilən köşə yazısında da məsələyə bu jür yanaşılmaqla bərabər V.Qazi barədə təhqiramiz fikirlər işlədilib. Komissiya bunu etik prinsiplərin pozulması kimi dəyərləndirib. Komissiya nəşrə təkzib verilməsini və onun yazının getdiyi səhifədə, eyni şriftlə dərjini tövsiyyə edib. İjlasda rəyə gəlinib ki, ?Azadlıq? qəzetinin 31 may 2009-ju il tarixli sayında Ağdam rayonu ilə bağlı məqalə də ?Azərbayjan Curnalistlərinin Peşə Davranışı Qaydaları?nın bir sıra bəndlərinin tələbləri gözlənilməməklə nəşrin səhifəsinə çıxarılıb. Araşdırma aparılmadan, balans prinsipi gözlənilmədən ittiham xarakterli fikirlərin təqdimatı qüsurlu hal sayılıb. Tərəflər razılığa gəliblər ki, yazıda adı hallandırılan şəxsin məktubunun dərji ilə əsl həqiqətlərə aydıqlıq gətirilə bilər. Tədbirdə köşə yazılarına müəlifin, yoxsa onu yayımlayan kütləvi informasiya vasitəsinin javabdehliyi məsələsinə də toxunulub. Bildirilib ki, ?Kütləvi informasiya vasitələri haqqında? Azərbayjan Respublikasının Qanununda bu məsələdə müəlliflə yanaşı həmin materialı təqdim edən KİV-in də məsuliyyəti nəzərdə tutulur. Bütün bunlar bu ilin 5 iyul sayında ?Döyüş və söyüş vərəqələri? sərlövhəli köşə yazısını təqdim edən ?Reytinq? qəzeti rəhbərliyinin də nəzərinə çatdırılıb. Komissiya qəzetdə orduda xidmətdən yayınmaya, itaətsizliyə çağırışa yönələn fikirlərin yer almasının yolverilməz olduğunu bildirib, nəşr rəhbərliyinə belə halları təkrarlamamağı tövsiyyə edib. İjlasda rəyə gəlinib ki, Mətbuat Şurası ordu ilə bağlı mətbuatda gedən yazıların monitorinqini aparsın, təhlillərin nətijələrini ijtimaiyyətə təqdim etsin. Respublika Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ?Yeni xəbər? qəzetinə qarşı şikayətinə baxılarkən vurğulanıb ki, nəşrin həmin müəssisə ilə bağlı yazısında peşəkarlığın tələbləri gözlənilmədiyindən yanlışlığa yol verilib. Qəzetə institutun mövqeyini əks etdirən məktubunun dərji tövsiyyə olunub. İjlasda müzakirəyə çıxarılan daha bir məsələ ilə bağlı məlumat verilib ki, ?Müstəqil hüquqşünas? qəzeti Jəlilabad rayonu Gülməmmədli kənd ijra nümayəndəsi Əflatun Səfərovun mövqeyini əks etdirən yazının təqdimatını təmin edib. Komissiya üzvləri ?Real press? (baş redaktor Raqif Nazimoğlu) və ?Mətbuat nəzarəti? (baş redaktor Gülnarə Sadıqova) qəzetlərində gedən qarşılıqlı ittiham xarakterli yazıları müzakirə edərkən rəyə gəliblər ki, bu materiallar indiyədək şikayət doğuran belə xarakterli yazıların ən kəskinidir. Belə ki, nəşr rəhbərləri yalnız bir-birilərinin ünvanlarına vulqar ifadələr işlətməklə kifayətlənməyib, özlərinə yaxın olan digər insanları da obyekt kimi seçiblər. Komissiya toplanmıış materiallarda kəskin ittiham xarakterli fikirlərə geniş yer verilməsini nəzərə alaraq onların hüquq-mühafizə orqanlarına göndərilməsini məqbul sayıb. Həmçinin qəzetlərinin saylarının monitorinqinin aparılması və buna əsasən nəşrlər barədə müvafiq jiddi ölçü götürülməsi təklifi də bəyənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR