Azərbaycan 3 illiyinə ?Eurovision? müsabiqəsində iztitrak hüququndan mərhum edilə bilər

img

19-08-2009 [05:45]


[b]İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov da bu məsələni yoluna qoymaq üçünü aktiv fəaliyyəti başlayıb[/b] ?Eurovision 2009? mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərənlər Milli Təhlükəsizlik Nazirliyinin müvafiq rayon şöbələrinə çağırılıb dindirilirlər. Onlardan Ermənistan iştirakçısına niyə görə səs göndərmələri ilə bağlı izahat istəyirlər. Səs verənlərdən biri Rövşən Nəsirov bildirib ki, bir neçə gün əvvəl o MTN-nin rayon şöbələrindən birinə dəvət olunub və ondan səsverməsi ilə bağlı izahat alınıb: "Məni MTN-nin Ceyhun Süleymanov adlı əməkdaşı sorğu-sual edib. Mənə dedilər ki, məndə milli hiss yoxdur. Dedilər ki, bu gün Ermənistana səs verirsən, sabah da gedib metronu partladarsan. Vətənini satmısan və sairə. İzahat aldırlar". Qeyd edək ki, ?Eurovision 2009? mahnı müsabiqəsində iştirak edən erməni müğənnilərə Azərbaycandan 43 nəfər səs göndərib. MTN-in əməkdaşlarının isə bu prosselə belə müdaxiləisi Azərbaycan baha başa gələ bilər. Belə ki, Azərbaycan 3 illiyinə ?Eurovision? müsabiqəsində iştitrak hüququndan mərhum edilə bilər. Bunu Azadliq Radiosuna müsahibə verən Avropa Yayım Birliyinin ?Eurovision? mahnı müsabiqəsi bölməsinin rəhbəri Svante Stockselius dedikləri də təsdiqləyir: ?Ermənistan iştirakçılarına səs verən Azərbaycanlıların MTN tərəfindən dindirilməsi haqdakı ittihamları araşdırırlar. Bizim çox aydın sistemimiz var. Qaydaları pozan tərəf cərimə oluna bilər və ya 3 illiyinə müsabiqədə iştitrak hüququndan mərhum edilə bilər. Bizim mətbuatda səslənən şaiyə və ittihamlardan xəbərimiz var. Keçən həftə biz bu məsələni araşdırmağa başlamışıq. Hadisənin texniki tərəfini araşdırmaqla yanaşı Azərbaycandan olan tərəfidaşımıza imkan verməliyik ki, məsələyə aydınlıq gətirsin?. Svante Stockseliusun sözlərinə görə, bir qayda olaraq belə ittihamlar diqqətlə araşdırılır, ?Eurovision?un yerli tərəfdaşları ilə ətraflı danışıqlar aparılır və araşdırmanın nəticəsinə uyğun olaraq qərar verilir. Göründüyü kimi, MTN-nin müdaxiləsi nətiəsində məsələ böyüyür. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov da bu məsələni yoluna qoymaq üçünü aktiv fəaliyyəti başlayıb. Lakin onun müsbət nəticə əldə etməsi bir qədər çətin görünür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA