Məhkəmə jurnalist Fərəməz Novruzoğlu barəsində qərar çıxarıb

img

19-08-2009 [04:50]


Bu gün Nərimanov rayon məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi Elçin Behbudovun ?Millətim? qəzetinin baş redaktoru Fərəməz Novruzoğluna qarşı iddiası üzrə qərar elan edilib. Bu barədə Turana İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib. Onun sözlərinə görə, məhkəmə Fərəməz Novruzoğlunun qəzetdə yazılmş məqalələrə görə təkzib verməsi və 1500 manat cərimə edilməsi barədə qərar çıxarıb. İddia həbsxanalarda baş verən cinayət halları və bu halların hüquq müdafiəçiləri tərəfindən gizlədilməsi faktları barədə materialların dərc edilməsi ilə əlaqədar verilib. Elçin Behbudov təkzib və mənəvi ziyana görə 100.000 (yüz min) manat təzminat ödənməsini istəyib. Hüquq müdafiəçisi Çingiz Qənizadə də xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, ?Millətim? qəzetinin redaktorunun 147 (böhtan) və 148-ci (təhqir) maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. Bu iddia üzrə hələ qərar çıxarılmayıb. İyulun 22-də Nizami rayon məhkəməsi artıq Fərəməz Novruzoğlu və ?Nota? qəzetinin baş redaktoru vəzifələrini icra edən Sərdar Əliyevi 3 ay həbs cəzasına məhkum edib. İddia ?Azadlıq hərəkatçıları? Birliyinin rəhbəri Təhmasib Novruzov tərəfindən irəli sürülüb. Hökmün icrası apellyasiya şikayətinə baxılmasına qədər təxirə salınıb. Daha əvvəl isə Fərəməz Novruzoğlu 2007-ci ildə böhtan və təhqirə görə iki il həbs cəzası alıb. Başqa maddələr üzrə də məhkumluğu var.

Digər xəbərlər
SON XƏBƏRLƏR