Qənimət Zahid Eynulla Fətullayevin təklifini dəstəkləyib

img

19-08-2009 [01:22]


Dünən Ayəndə Mürsəliyeva həbsdəki həyat yoldaşı, ?Azadlıq? qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşüb. Bu barədə bizə açıqlamasında A.Mürsəliyeva məlumat verdi. Onun sözlərinə görə, baş redaktorun səhhəti normaldır. Bu səbəbdən Q.Zahid Ramazan ayı girən kimi oruc tutmağa başlayacaq. Müsahibimiz bu dəfə də oxuması üçün həyat yoldaşına çoxlu kitab aparıb: ?Əksəriyyəti xarici ədəbiyyat idi. Ötən dəfələr apardıqlarımın çoxunu oxuyub qurtarıb. Barak Obamanın "Atamın arzuları" kitabı da bu sırada idi. Amma indi o qədər çox kitab aparmışam ki, mütaliə üçün bir-iki aylıq ehtiyatı var. Qənimət yenə də mətbuatın durumu və həbsdəki gənclərlə maraqlandı". Bu arada A.Mürsəliyeva baş yazara ?Gündəlik Azərbaycan? və ?Realnıy Azerbaydjan? qəzetlərinin həbsdəki baş redaktoru Eynulla Fətullayevin təklifi barədə də məlumat çatdırıb. Xatırladaq ki, E.Fətullayev hazırda fəaliyyətini dondurmuş Söz Azadlığını Müdafiə Komitəsinin fəaliyyətindən narazı olduğu üçün alternativ söz azadlığı müdafiə komitəsi yaradılmasını təklif etmişdi. Q.Zahid bu təkliflə tanış olan kimi ona şərik olduğunu bildirib: ?Qənimət dedi ki, alternativ komitə yaratmaq olar. Onu yaradıb fəallaşdırmaq lazımdır. Bundan başqa, komitə öz fəaliyyəti ilə bağlı həftəlik hesabat yaymalı, siyasi məhbus problemini gündəmə gətirməlidir. O ki qaldı köhnə komitənin fəaliyyətinə, Qənimət dedi ki, bu komitə Azərbaycanda söz azadlığının fövqəladə olduğunu vurğulamaq üçün yaranmışdı. Cəmiyyət də, biz də hesab edə bilərik ki, artıq bu vəziyyətin fövqəladə olması barədə vurğu görünmür?. A.Mürsəliyeva baş redaktorla son günlər mətbuatda da müzakirə olunan əfv fərmanı perspektivi ilə bağlı danışmadığını söylədi. Onun sözlərinə görə, əfvlə bağlı gözləntiləri olmadığından bu mövzu da aralarında müzakirə olunmayb: ?Ailəsi də, özü də bilir ki, hakimiyyət onu türmədə mümkün qədər çox saxlamağa çalışacaq. Əfv fərmanına salmaqdansa, Qənimətin 1/3-lə azadlığa çıxmasına imkan vermək lazımdır. Bu, əslində Qənimətin tam hüququdur, həbsdə olduğu zaman heç bir pozuntuya yol verməyib, özünü nümunəvi aparıb?. Bu arada Q.Zahid 1/3-lə azadlığa çıxması üçün məhkəməyə müraciət məsələsi barədə son qərarını gələn həftə açıqlayacaq. Baş redaktor bu addımı atmazdan əvvəl ümumi durumu dəyərləndirəcək. "Yeni Musavat"

Digər xəbərlər
SON XƏBƏRLƏR