Aktyor Rasim Balayevin qardazı yol qəzasında həlak olub

img

19-08-2009 [12:48]


Avqustun 19-na keçən gecə Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Heydər Əliyev küçəsində ?Opel? markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə iki nəfər- Ağsu sakini, 27 yaşlı Bəxtiyar Ozanoğlu və Bakı şəhər sakini, 43 yaşlı İlqar Balayev həlak olublar. Maşının sürücüsü 27 yaşlı Zaur Hacıyev isə yaralanıb. Onların toydan gəldiyi bildirilir. Meyidlər artıq müayinədən sonra ailələrinə təhvil verilib. Faktla bağlı Ağsu rayon Polis İdarəsində araşdırma aparılır. Qeyd edək ki, İlqar Balayev aktyor Rasim Balayevin qardaşıdır. ANSPRESS

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA