?Tolızi sədo? qəzetinin baz redaktoru, 68 yazlı Novruzəli Məmmədov həbsxanada vəfat edib

img

18-08-2009 [03:10]


Dünən həbsxana xəstəxanasında Talış mədəniyyət mərkəzinin rəhbəri və ?Tolışi sədo? qəzetinin baş redaktoru, 68 yaşlı Novruzəli Məmmədov vəfat edib. Bu barədə ?Turan?a N.Məmmədovun hüquqlarını müdafiə komitəsinin sədri Hilal Məmmədov bildirib. Onun sözlərinə görə, N.Məmmədovun həyat yoldaşına həbsxana xəstəxanasından zəng vuraraq ərinin öldüyünü bildiriblər. İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov xəbəri təsdiqləyərək bildirib ki, Məmmədovu müalicə edən həkim onun 2 saat bundan əvvəl keçindiyini deyib. Penitensiar Xidmətdən ?Turan?a bu barədə məlumatlarının olmadığını deyiblər. Elmlər doktoru N.Məmmədov 2008-ci ilin yayında dövlətə xəyanət ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdu. O, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edilirdi. İttiham ?Tolışi sədo? qəzetinin əməkdaşı Elman Quliyevin ifadələri əsasında qurulmuşdu. Lakin hüquq müdafiəçiləri N.Məmmədovu siyasi məhbus hesab edirdi. Yaşlı alim ciddi xəstəliklərdən əziyyət çəkirdi, o cümlədən ürək çatışmazlığından, qan təzyiqindən və s. Yerli və beynəlxalq ictimaiyyətin N.Məmmədovun azad edilməsi barədə çağırışları eşidilməmiş qaldı. ?Turan?

Digər xəbərlər
SON XƏBƏRLƏR