Jurnalistlərin məhkəməsi növbəti dəfə təxirə salındı

img

17-08-2009 [06:28]


Bu gün "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovun jurnalistlərə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib. Qaynar.info-nun verdiyi xəbərə görə, saat 16.00-da Nəsimi rayon Məhkəməsində başlayan proses növbəti dəfə təxirə salınıb. Hakim Elmar Kərimov növbəti məhkəmə iclasını avqustun 26-sı, saat 15.30-a təyin edib. Prosesin bu dəfə təxirə salınmasına Mais Mənsimovun vəkillərinin hakimin verdiyi sualı cavablandıra bilməməsi olub. Belə ki, həm jurnalistlərin vəkili, həm də hakim "Xəzər Lənkəran" prezidentinin vəkillərindən Fanat.az-ın sadəcə layihə rəhbəri olan və saytın fəaliyyətinə görə heç bir məsuliyyət daşımayan Zahir Əzəmətin məhkəməyə verilməsinin səbəbini soruşublar. Lakin Mais Mənsimovun üç vəkili bu sualı cavablandıra bilməyib. Ona görə də Elmar Kərimov prosesi növbəti dəfə təxirə salaraq, internet, sayt, domen anlayışlarını qarışdıran, bunların fərqini izah edə bilməyən iddiaçı tərəfə gələn iclasa qədər tutarlı faktlar təqdim etmək üçün vaxt verib. Xatırladaq ki, Mais Mənsimov özünün və ailəsinin şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə Fanat.az-ın layihə rəhbəri, Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət və Fanat.az-ın köşə yazarı Natiq Muxtarlı barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib, onların həbs olunmasını açılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR