TUMiB sədri jurnalistləri müsabiqədə fəal iztirak etməyə çağırdı

img

16-08-2009 [05:15]


"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi Türkiyənin Azərbaycandakı səfirliyi ilə birgə jurnalistlər arasında "15 sentyabr Bakının qurtuluş tarixidir" adlı müsabiqə keçirir. Müsabiqəyə iyul ayının 1-dən start verilib. Sənəd qəbulu avqust ayının 31-də başa çatacaq. TUMİB sədri Çingiz Bayramov bizimlə söhbətdə Bakının düşmən işğalından azad olunmasının 91-ci ildönümünü təntənə ilə qeyd edəcəklərini dedi. Onun sözlərinə görə, TUMİB sentyabr ayının əvvəllərindən etibarən Türkiyənin Azərbaycandakı səfirliyi ilə birgə silsilə tədbirlər keçirəcək. Ç.Bayramov ölkədə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarına müraciət edərək, jurnalistləri müsabiqədə fəal iştirak etməyə çağırdı: "Bakının düşmən işğalından azad olunması Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğu üçün mətbuat bu mövzuya xüsusi diqqət ayırmalıdır. Qiymətləndirmə prosesi peşəkar jurnalistlərdən formalaşmış jüri tərəfindən aparılacaq. Birinci yerin sahibinə 150, ikinci və üçüncü yerin sahiblərinə isə müvafiq olaraq, 100 və 50 manat mükafat veriləcək. Bütün media təmsilçilərini müsabiqədə fəal iştirak etməyə səsləyirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR