Zorla Bakıya qaytarılan gənc opera sənətçisi ülvi Qılınc depressiyadadır

img

15-08-2009 [04:43]


Gənc opera sənətçisi Ülvi Qılınc ölkəni tərk etməsi haqqında xəbər vermişdik. Müstəqil İnformasiya Agentliyinin xəbərində göstərilirdi ki, müğənninin bu addımı atmasına səbəb son vaxtlar barəsində yayılan söz-söhbətlərdir. Belə ki, bir müddət öncə Ülvi Qılıncla bablı xoşagəlməz videogörüntülərin yayıldığı deyilirdi. Gənc müğənni şayiələrdən yaxa qurtarmaqdan ötrü ölkəni tərk edərək Dağıstanda yaşamaq qərarına gəlmişdi. Amma Ülvi Qılınca xaricdə yaşamağa imkan verməyiblər. Show.az etibarlı mənbəyə istinad edərək xəbər verir ki, dünən gecə saatlarında Ülvi Qılınc Bakıya qaytarılıb. Daha doğrusu yaxın qohumları müğənnini zorla Bakıya gətirə biliblər. Ülvi Qılın isə Bakıya qaydışıdan razı qalmayıb. O, depressiyada olduğunu deyərək, Bakıdan yenə gedəcəyini bildirib: - ?Məni aldatdılar. Bu dəfə gedəndə Dağıstana yox, heç kimin məni tapa bilməyəcəyi yerə gedəcəyəm! Özümü yaxşı hiss etmirəm. Bakıda yaşamaq mənimçün çox çətindir!?

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA