Yazıçılar Birliyində "Soyqırım və erməni təcavüzü" adlı tədbir keçirilib

img

14-08-2009 [03:03]


Bu gün Yazıçılar Birliyinin "Natəvan" klubuda Mahmud Kaşğari adına Beynəlxalq Fondun Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Soyqırım və erməni təcavüzü" adlı tədbir keçirilib. Layihə mayın 15-də başlayıb və 3 ay davam edib. Keçirilən layihə əsasən iki istiqamətdə aparılıb. Birinci istiqamət soyqırım və erməni təcavüzülə bağlı ən yaxşı kitabların müsabiqəsi, ikinci istiqamət soyqırımla bağlı məqalə və hekayələr toplusunun hazırlanması və nəşri olub. Münsiflər heyətinin qərarı ilə birinci yer Sabir Əsədov və İsrafil Məmmədov cütlüyünün "Terrorizm: səbəb və nəticə" , ikinci yer Nurəngiz Gün "Xocalı simfoniyası" və Tatyana Çaladze "Qarabağ genosidi", üçüncü yer Əyyub Qiyas "Sonuncu büt" və Ədalət Əsgəroğlu "Dərdimizin qan rəngi" kitablarına verilib. Birinci yer üçün 500 manat, ikinci və üçüncü yer üçün isə müvafiq olaraq 300 manat və 200 manat mükafat verilib. Bundan başqa münsiflər heyətinin qərarı ilə uğurlu bədii, publisistik və tarixi əsərlər olan Mahirə Abdullanın "Əvvəl axır", Eldar İsmayılın "Göyçənin qisası qalır" romanları və Fazil Qaraoğlunun "Ermənilər və həqiqətlər" dördcildliyinin birinci cildi müsabiqənin xüsusi diplomu ilə təltif olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR