Rusiya XiN-i gürcü jurnalistə viza verməkdən imtina edib

img

13-08-2009 [06:05]


Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya Jurnalistlərinin Milli İttifaqı (RJMİ) və Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) bu ilin sentyabrında Rusiyanın Daqomıs şəhərində birgə keçirilməsi planlaşdırılan tədbirində iştirak etmək üçün Gürcüstan Jurnalistlərinin Müstəqil Assosiasiyasının (GJMA) prezidentinə viza vermək xahişini rədd edib. GJMA-dan Beynəlxalq Avrasiya Mətbuat Fonduna verilən məlumata görə, Avropa İttifaqının dəstəyilə keçiriləcək bu tədbirdə məqsəd Rusiyada son vaxtlar jurnalistlərə qarşı hücumları müzakirə etməkdir. GJMA-nın prezidenti Zviad Poçkua isə məsələ ilə bağlı BJF-nin narahatlığını qeyd edib: ?Bu qərar Rusiyada söz azadlığı istiqamətində vəziyyətin nə dərəcədə ağır olmasını bir daha təsdiq etdi. Jurnalistlərin təhlükəsizliyi məsələsi hazırda Rusiya hərbçilərinin nəzarəti altında olan, xüsusilə Gürcüstanın Abxaziya və keçmiş Cənubi Osetiyanın təmas regionlarında vəziyyət daha həyacanlandırıcıdır. Qərb jurnalistlərinin bu ərazilərə hərəkət etmələrini Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi məhdudlaşdırıb. Gürcüstan jurnalistlərinin isə bu ərazilərə daxil olmalarına ümumiyyətlə icazə verilmir?. GJMA bununla bağlı beynəlxalq təşkilatlara müraciət edərək, xarici və gürcüstanlı jurnalistlərin ərazilərdə sərbəst və təhlükəsiz şəkildə hərəkət etmələrinə şərait yaratmaları ilə əlaqədar Rusiya dövlətinə təzyiq göstərmələrini tələb edib. Xatırladaq ki, GJMA-nın yaydığı rəsmi məlumata görə, 1993-cü ildən bəri Rusiyada 300-dən çox jurnalist qətlə yetirilib. Son iki il ərzində 7 jurnalist hücuma məruz qalıb və bu cinayətlərin hamısı jurnalistlərin peşəkar fəaliyyəti ilə bağlı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR