Faiq Ağayev: "Flora Kərimova Azərbaycan dövlətçiliyinin bünövrəsi altında olan hələ ki partlamamız, yatmız bir mərmidir"

img

13-08-2009 [02:35]


Xalq artisti Faiq Ağayev xalq artisti Flora Kərimovanın Azərbaycan vətəndaşlığından imtina edəcəyi barədə verdiyi bəyanata münasibət bildirib. Bəyanatda Flora Kərimovanın bu günə kimi tutduğu siyasi mövqeyə də toxunulub. ?Flora Kərimova Azərbaycan vətəndaşlığından imtina edəcəyilə kimləri hədələyir? Dünən Azərbaycan vətəndaşlığından imtina edəcəyi haqda Flora Kərimovanın KİV-də yaydığı bəyanat məni bu mövzuya münasibət bildirmək məcburiyyəti qarşısında qoydu. Çünki həmin müəmmalı çıxış Yasamal Rayon Məhkəməsində aramızdakı mübahisə gedən növbəti məhkəmə iclasından dərhal sonra səsləndi. Hakim tərəfindən vəsatəti təmin olunmayan Kərimova bu addıma imza atarkən açıq-aydın siyasi şantaj nümayiş etmiş oldu. Belə halda ortaya bir neçə sual çıxır. Bu şantaj kimə ünvanlanıb? Bu hərəkət niyə edilib? Cavab aydından da aydındır. Bu hərəkətilə Flora Kərimova özünü qane edəcək nəticə əldə etməkdən ötrü məhkəməyə növbəti təzyiq göstərmək cəhdi etdi. Görünür, bu keçmiş aktiv siyasi fəaliyyətə yenidən qayıdışdır. Bir məqama da toxunmaq vacibdir ki, Flora Kərimovanın təkrar linqvistik ekspertiza ilə bağlı vəsatətini təmin etməməklə yanaşı, Hakim Flora Kərimova ilə rəsmi nigahda olan şəxslər və onların qohumları ilə əlaqədar tərəfimdən qaldırılan vəsatəti də təmin etmədi. Məhkəmədə keçirilən bu prosesdə hər iki tərəfin hüquqları eyni qaydada təmin olunur. Hətta deyərdim ki, qarşı tərəfin mənafeləri nisbətən daha böyük həvəs və şövqlə qorunur. Məsələn ikinci ittihamçı Tahir Abbaslının bir dəfə də olsun məhkəmə iclasına gəlməsi hələ də təmin edilməyib. Lakin bu hallar belə mənə əsas vermir ki, son nəticədə məişət araşdırmasından başqa heç nə olmayan bu təhqiqatdan ötrü doğma yurdumun vətəndaşlığından imtina edim. Çıxışlarında ?Vətən uğrunda canımı qoymuşam?, ?Sənətimin ən çiçəklənən vaxtı Qarabağ deyib səhnəni meydanlara, mitinqlərə dəyişdim?, ?Təki hər kişi mənim əqidəmin, iradəmin sahibi olaydı? kimi şüarları ehtiras və coşqunluqla səsləndirən Flora Ələkbərovna isə beləmi asanlıqla doğma məmləkətindən imtina edə bilər. Nə qədər acı olsa belə bu, bir həqiqətdir- Flora Kərimova şəxsi mənafelərini vətəndən daha uca tutan, Azərbaycan məhkəmə sisteminə qarşı cəmiyyətdə inamsızlıq yaradan, ədliyyə orqanlarının işini ?qərəzli, tərəfkeşlik edən? adlandıran birisi son nəticədə Azərbaycan cəmiyyəti və Azərbaycan dövlətçiliyinin bünövrəsi altında olan hələ ki partlamamış, yatmış bir mərmidir! Hörmətlə xalq artisti, Azərbaycan vətəndaşı Faiq Ağayev?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA