2010-cu ildə QHT-lərin maliyyələzdirilməsi məsələsi müzakirə edilir

img

13-08-2009 [02:23]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il QHT-lərə maliyyə yardımı müsabiqəsinin istiqamətləri, qaydaları və mexanizmlərini təkmilləşdirmək məqsədi ilə ölkənin iri şəhərlərində yerli QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirələr keçirir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu məqsədlə planlaşdırılmış ilk görüş Xaçmaz şəhərində keçiriləcək. Yerli və ətraf rayon QHT-lərinin, Xaçmaz rayon ictimaiyyəti nümayəndələrinin, eləcə də Şura Katibliyinin İcraçı direktoru F.Qurbanovun qatılacağı bu tədbir 14 avqust 2009-cu il saat 11.00-da Xaçmaz rayon Mədəniyyət sarayında olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR