Alla Borisovna Dağlıq Qarabağda konsert verəcəyi ilə bağlı xəbəri ezidəndə qəzəbləndi

img

12-08-2009 [01:10]


Məşhur rus müğənnisi Alla Puqaçovanın nümayəndəsi Yelena Çuprakova bildirib ki, Alla Borisovna Dağlıq Qarabağda konsert verəcəyinə dair xəbəri eşidəndə qəzəblənib. ?Day.az?ın istinadən verdiyi xəbərə görə, bu barədə deputat Anar Məmmədxanlı ilə söhbətində Yelena Çuprakova bildirib. ?Mən Çuprakova ilə yenicə danışmışam və o bildirib ki, bu təxribat və həyasızcasına uydurulan yalandır?, - deyə deputat bildirib. ?Çuprakovanın sözlərinə görə, Puqaçova heç vaxt Dağlıq Qarabağa getməyib və heç gələcəkdə də oranı ziyarət etməyi planlaşdırmır. Bunlar hamısı iftiradır?, -deyə o əlavə edib. Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva bu məsələnin təxribat xarakterli olduğunu bildirib. O, hazırda xəbərin düzgünlüyünün araşdırılması ilə məşğul olduğunu da söyləyib. Xatırladaq ki, Ermənistanın kütləvi informasiya vasitələri Alla Puqaçovanın Dağlıq Qarabağda konsert proqramı ilə çıxış etməyə hazırlaşdığı barədə informasiya yaymışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA