Rusiyanın xalq artisti Alla Puqaçova Qarabağda konsert verəcək

img

11-08-2009 [05:21]


[b]Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi məsələnin təxribat xarakterli olduğunu bildirib[/b] Rusiyanın xalq artisti Alla Puqaçova Azərbaycanın işğal olunmuş torpaqlarında, Qarabağda konsert verəcək. ?Armtoday? saytının məlumatına görə, erməni mesenatı Levon Ayrapetyana bildirib ki, Dağlıq Qarabağ ərazisində kollektiv xaç suyuna salma mərasimi təşkil etməyi planlaşdırır və mərasimdə Alla Puqaçovanın da iştirakı gözlənilir. Onun sözlərinə görə, mərasimin dəqiq tarixi hələ ki, bilinmir. Belə ki, hər şey A. Puqaçovanın Qarabağa nə vaxt səfər etməsindən asılıdır. Amma böyük ehtimalla bu səfər sentyabr ayında reallaşacaq. Xaç suyuna salma mərasimi toy mərasimi kimi stadionda keçiriləcək. Ayrapetyan bildirib ki, mərasimə erməni katalikosunu çağırmaq isəyir. Mərasimdən sonra isə Alla Puqaçova konsert proqramı ilə çıxış edəck. Qeyd edək ki, ötən ilin oktyabr ayında L. Ayrapetyanın təşəbbüsü isə Qarabağda kollektiv toy mərasimi keçirilmişdi. Xatırladaq ki, Alla Puqaçova alq artistinin ?Apreldən-aprelə? adlı dünya turnesi çərçivəsində sentyabrın 4-də Bakıda, Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva bu məsələnin təxribat xarakterli olduğunu bildirib və qeyd edib ki, hazırda xəbərin düzgünlüyünü araşdırmaqla məşğuldur. Qeyd edək ki, bu məlumat qədiqləşərsə, nazirliyin konsertin ləğv olunması ilə bağlı qərar verəcəyi istisna edilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA