Deputat Nazim Məmmədov uzaqların Gədəbəy və Şəmkir rayonlarında üçgünlük səfərini maliyyələzdirib

img

11-08-2009 [12:01]


?Gənc Liderlər? Uşaq Təşkilatının(GLUT) 10 nəfərlik nümayəndə heyəti ?Uşaq İli? çərçivəsində Gədəbəy və Şəmkir rayonlarında üçgünlük səfərdə olublar. Bu barədə MIA-ya məlumat verən GLUT sədri Fərid Şahbazlının sözlərinə görə, Gədəbəy rayonuna səfər bu rayonundan seçilən millət vəkili Nazim Məmmədovun dəstəyi ilə baş tutub. Səfər GLUT-un ?Məktəblilərin yay istirahətinin səmərəli təşkil olunması? proqrammı çərçivəsində reallaşıb. F.Şahbazlının sözlərinə görə, ?Gənc Liderlər? Gədəbəydə dahi lider Heydər Əliyevin büstünü ziyarət edərək, millət vəkili Nazim Məmmədovun təşkilatçılığı ilə keçirilən Başkəndin ermənilərdən alınmasının 17 illiyi ilə bağlı tədbirlərdə iştirak ediblər. GLUT üzvləri eyni zamanda cəbhə bölgəsində yerləşən ?N? saylı hərbi hissədə də olaraq, gənc əsgərlərlə görüşüblər. Səfər çərçivəsində məktəblilər ?Haçadağ? tarixi abidəsini də ziyarət ediblər. Daha sonra GLUT üzvləri Şəmkir rayonunda olublar. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən ?Gənc Liderlər?in, rayonun tarixi və görməli yerləri ilə tanışlığı təşkil olunub. Daha sonra GLUT üzvləri Heydər Əliyev Muzeyində olaraq, dahi liderin tarixi irsi ilə bağlı eksponatlarla tanış olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR