Gənc opera müğənnisi ülvi Qılınc zayiələrdən yaxa qurtarmaq üçün ölkəni tərk edib

img

10-08-2009 [06:23]


Gənc opera sənətçisi Ülvi Qılınc ölkəni tərk edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müğənninin bu addımı atmasına səbəb son vaxtlar barəsində yayılan söz-söhbətlərdir. Belə ki, bir müddət öncə Ülvi Qılıncla bablı xoşagəlməz videogörüntülərin yayıldığı deyilirdi. Deyəsən, gənc müğənni şayiələrdən yaxa qurtarmaqdan ötrü ölkəni tərk etmək məcburiyyətində qalıb. Show.az saytı isə yazır ki, oxumaqdan daha çox qalmaqallarla yadda qalan gənc opera müğənnisi Ülvi Qılınc bundan sonra Dağıstanda yaşayacaq. Saytın etibarlı mənbəyə istinadən yaydığı xəbərə görə, Ülvi Qılınc artıq Azərbaycanı tərk edib. Gənc opera müğənnisinin bundan sonra Dağıstanda yaşayacağı deyilir. Müğənninin yaxın ətrafı ilə əlaqə saxlayaraq, yayılan xəbərin həqiqətə uyğun olub-olmadığını araşdırıb. Adının çəkilməsini istəməyən dostlarından biri deyib ki, Ülvi doğurdan da, hazırda Dağıstandadır və o heç kimin telefonuna cavab vermir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA