Rauf Arifoğlu: ?Bizə Nizami rayonunun icra bazçısı Mehbalı Əliyev problem yaradır?

img

08-08-2009 [06:34]


?Yeni Müsavat? qəzetini ofisindən çıxarmaq istəyirlər. Dünəndən etibarən redaksiyanın yerləşdiyi binanın su xətti kəsilib. Bu gün səhər saatlarından isə Nizami Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yeni tikilmiş binanın qarşısına gələn, özünü Mənzil-kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi kimi təqdim edən şəxsin başçılıq etdiyi fəhlələr binanın kanalizasiya sistemini ekskavatorla dağıtmaq təşəbbüsü göstərirlər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə asıqlama verən ?Yeni Müsavat?ın baş redaktoru Rauf Arif oğlu qeyd edib ki, hələlik ofisdən çıxarılmaq məsələsi qoyulmayıb: ?Hələlik suyu kəsiblər. Bu gün də kanalizasiyanı kəsmək üçün gəlmişdilər. Susuz, kanalizasiyasız iş yeri olmaz. Hesab edirəm ki, bu da bizim həmin ofisdə fəaliyyətimizə xitam vermək deməkdir?. Bu işin arxasnda ölkənin siyasi rəhbərliyinin olmadığını düşünən R.Arifoğlu qeyd edib ki, bu, Nizami rayon icra hakimiyyətinin başçısı Mehbalı Əliyevin özfəaliyyətidir: ?Bu işin arxasında siyasi hakimiyyət olsaydı, bilinərdi. Prezident Yanında KİV-ə Dəstək Fondunun qəzetlərə , o cumlədən ?Yeni Müsavat?a pul ayırmasının heç 15 günü tamam olmayıb. Yəni belə bir şey olsaydı, bir sistem olardı. İnanmıram ki, bunu hakimiyyət eləsin. Ən çox tənqid etdiyimiz icra başçılarından biri həmin rayonun icra başçısıdır. Biz dəqiqləşdirmişik ki, bütün göstərişləri o verib. Bundan əvvəl də ən müxtəlif kanallarla bizə xəbərdarlıq eləmişdi ki, əgər tənqidi yazılar dayandırılmasa, tədbir görəcək. Görünür, Mehbalı Əliyev öz ağlı ilə bu hərəkəti həyata keçirir?. Məsələylə bağlı ölkə başçısına müraciət edib-etməyəcəklərinə gəlincə, Rauf bəy ?Hələlik birinci gün çalışacağıq ki, suyu açdıraq. Əgər su açılmasa və kanalizasiya bağlansa, əlbəttə ki, müraciətlərimiz olacaq?, -söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR