Bəstəkar ?Xalq ulduzu-3?dən razı qalıb

img

07-08-2009 [05:04]


?Xalq ulduzu-3? müsabiqəsi başa çatdı. 3-cü dəfə yola salınan müsabiqə əsasən, iştirakçıların gənc olması ilə yadda qaldı. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında sözügedən yarışmanın münsüf üzvü, bəstəkar Tahir Əkbər deyib. Bəstəkar bu yarışmanı ?marafon? adlandırıb. Onun fikrincə, bu marafona tab gətirən iki iştirakçı-Tamara ilə Tural olub: ?Xalq ulduzu-3? yarışması bundan əvvəlki yarışmadan ona görə fərqlənirdi ki, ifaçılar tamamiylə başqa bir janrda oxuyurdular. Tamara milli vokal janrında oxuyurdusa, Tural xanəndə üslubünda səhnədə göründü. Buna baxmayaraq, hər ikisi dəyərli ifaçılardır. Gözəl sənət nümunələri əks etdirdilər. Bu musabiqədə Tamara muğama yiyələnmək istədi. Tamaranın fövqəladə səsi var. Bu yarışmada onun səsinin ahəngi yeganə idi. Tural isə müasir müsiqilərin də öhdəsindən layiqincə gələ bilən ifaçıdır. O, ?Füzuli kantatası?ndan bir parça oxudu. Tamara isə ?Şükriyyə? mahnısını tam parlaqlığı ilə çatdıra bildi. Burada seçim etmək çox çətin idi. Sırf istedadlıların yarışı gedirdi. Ona görə də seçimi xalqın ixtiyarına verdik. Son nöqtəyə qədər biz qalibin kim olduğunu bilmirdik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA