Ali məktəblərə boz qalan yerlər uğrunda mübarizə bazlayıb

img

07-08-2009 [02:14]


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ali məktəblərə qəbul olanların adlarının açıqlanması və 2009/2010-cu tədris ili üçün orta ixtisas məktəblərinə orta təhsil bazasından (11 illik) ərizə qəbulunun başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib ki, nəticələrin açıqlandığı ilk iki saat ərzində internet və ?İmtahancell? xidməti ilə abituriyentlərin operativ məlumat almasında müəyyən texniki məhdudiyyətlər meydana çıxıb: ?Komissiyanın yüksək sürətə hesablanmış mərkəzi serveri eyni vaxtda 80 minədək istifadəçinin müraciət etməsi ilə əlaqədar yaranmış yüklənməyə cavab versə də, əlaqə zəifliyi olan ayrı-ayrı provayderlərin istifadəçiləri qeyd olunmuş vaxtda sayta daxil olmaqda çətinlik çəkiblər. Lakin saat 16:30-dan etibarən bu çatışmazlıq aradan qaldırılıb?. M.Abbaszadə onu da bildirib ki, cari ildə ayrılmış 29030 plan yerinə 27476 abituriyent qəbul olunub: ?1-ci ixtisas qrupu üzrə qəbul olanlar; Azərbaycan bölməsi 7075 nəfər, rus bölməsi 1190 nəfər, 2 ixtisas qrupu üzrə; Azərbaycan bölməsi 5730 nəfər, rus bölməsi 1011 nəfər, 3 ixtisas qrupu üzrə; Azərbaycan bölməsi 7813 nəfər, rus bölməsi 1224 nəfər, 4 ixtisas qrupu üzrə; Azərbaycan bölməsi 3004 nəfər, rus bölməsinə isə 429 nəfərdir?. TQDK sədri deyib ki, ali məktəblərə qəbul olanlar avqustun 7-dən-17-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul həqqında əmri ali məktəbə göndərilməyəcək. TQDK-nın sədrinin sözlərinə görə, ali məktəblərin boş qalan plan yerlərinin ümumi sayı 1554-dür: ?Qəbul planı 94,65 faiz dolmuşdur. 1-ci qrup üzrə Azərbaycan bölməsində 384 yer boşdur, 2-ci qrup üzrə Azərbaycan bölməsində 584 boş yer uğrunda 741 nəfər, rus bölməsində isə 6 yer uğrunda 173 nəfər, 3-cü qrup üzrə Azərbaycan bölməsində 288 boş yer uğrunda 1867 nəfər, rus bölməsində isə 56 boş yer üçün 84 nəfər iddialıdır. 4-cü qrup üzrə plan yerləri yoxdur?. M.Abbaszadə orta ixtisas məktəblərinə orta təhsil bazasından (11 illik) tələbə qəbulu Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparıldığını da bildirib. Deyib ki, cari ildə orta təhsil bazasından (11 illik) 506 dövlət, 1 özəl orta ixtisas məktəbinə ayrılan plan yerlərinin sayı 6614-dür. Onlardan 2978-si ödənişsiz, 3636-ü isə ödənişli ixtisasların payına düşür. Azərbaycan bölməsi üzrə 5598, rus bölməsi üzrə 216, birgə müsabiqə üzrə 800 plan yeri ayrılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR