Həbs olunmuz iki amerikalı jurnalist azad edilib

img

07-08-2009 [11:57]


Bu il martın 17-də Şimali Koreyanın Çinlə sərhədi yaxınlığında tutularaq 12 illik cəzaya məhkum olunmuş ABŞ jurnalistləri Laura Linq və Euna Lin azad edilib. Qeyd edək ki, jurnalistlər ölkə başçısı Kim Jong İl ilə görüşən keçmiş ABŞ prezidenti Bill Klintonun gözlənilməz səfərindən sonra azad ediliblər. Beynəlxalq Mətbuat İnstitutu (BMİ) bu addımı alqışlayır. BMİ-dən Beynəlxalq Avrasiya Mətbuat Fonduna verilən məlumata görə, keçmiş prezidenti və iki jurnalisti aparan təyyarə artıq Los-Anceles yaxınlığındakı Burbank aeroportuna enib. B.Klintonun bu addımını alqışlayan BMİ-nin direktor müavini Maykl Kudlak bu iki jurnalistin ailələri ilə görüşünə şad olduğunu bildirib: ?Bu, siyasi çalarları olan mürəkkəb bir məsələ idi. Biz əvvəldən Laura Linq və Euna Linin Şimali Koreyanın ABŞ-la nüvə mübahisəsində siyasi girov kimi istifadə olunacağından narahat idik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR