çingiz Əhmədov da ?Xoz vaxt olun?dan imtina edib

img

06-08-2009 [02:44]


Əməkdar artist, Musiqili Komediya Teatrının aktyoru Çinciz Əhmədov ANS telekanalında yayımlanan ?Xoş vaxt olun? verilişinə aparıcı kimi dəvət olunub. Bunu Müstəqil İnformasiya Agentliyinə açıqlamasında sənətkarın özü deyib. ?Mən uzun illər ANS telekanalında ?Yeriniz məlum? verilişində aparıcılıq etmişəm. Hamı bilir ki, bu veriliş nə az, nə çox düz 4 il yaşayıb. Bu gün də tamaşaçılar həmin kanalın efirində həm bu verilişi, həm də məni böyük səbirsizliklə gözləyir. Heç kəs o müddətdə məndən yorulmadı. Çox xoşbəxtəm ki, bu kanaldan yenə də dəvətlər alıram. Amma bu məsələ var, layihələrin böyük əksəriyyəti bir başa sponsorlardan asılıdı. Mən də aktyoram. Balaca sənət deyil, böyük işlər görməlisən, sənə tapşırılan rolun öhdəsindən gəlməlisən. Odur ki, təklif aldığım layihələr teatrdakı işlərimlə üst-üstə düşmür. Sözün düzü, gözəl bir təklif idi, amma işimlə bağlı mənə sərf etmir?. ?Xoş vaxt olun?dan niyə imtina etdiniz sualına gəlincə, aktyor buna səbəb kimi dəvət aldığı verilişin efirə yayımlanması vaxtında teatrda məşqlərin başladığını göstərib: ?Teatrda məşqlər saat 11-də başlayır və bu proses saat 1-dən 2-ə kimi davam edir. Məhz bu səbəddən də razılıq əldə olunmadı. O ki qaldı ?Xoş vaxt olun?a dəvət almağıma, bu sirrdi. Onu açıqlamaq olmaz. Çünki o verilişin aparıcısı xalq artisti Nisə Qasımova da bizimdi, özümüzünküdü. Sadəcə, mənim iş mühitimlə həmin verilişin efir vaxtı düz gəlmir. Əgər həmin veriliş saat 5-dən sonra efirə çıxsaydı, mən heç nəyə baxmadan gözüyumulu ona razılıq verərdim. Bu məsələdə razılıq əldə olunsaydı, onun öhdəsindən məmuniyyətlə gələrdim. Yəqin ki, başqa layihələr olacaq. Hər halda mən buna ümid edirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA