Feliks Felipe Almeyda: ?Problemi ?Bakı?da yox, UEFA-da axtarmaq lazımdır?

img

06-08-2009 [01:31]


Çempionlar liqasının üçüncü mərhələsində ?Levski?yə 0:2 hesabıyla məğlub olan ?Bakı?nın braziliyalı hücumçusu Feliks Felipe Almeyda bu uğursuzluğa görə Avropanın ali futbol qurumu UEFA-nı günahkar sayıb. Qol.Az-ın məlumatına görə, o bildirib ki, problemi ?Bakı?da yox, UEFA-da axtarmaq lazımdır. Oyunlarımıza təyin etdikləri hakimlərin məqsədi sanki bizi uduzdurmağa yönəlib. ?Levski? ilə Bakıdakı görüşdə məni az qala öldürdülər, ancaq hakim bu epizoda biganə qaldı. Sofiyada qapımıza ofsayd epizodundan qol vurdular, isveçli hakimlər buna göz yumdular. Bu azmış kimi, hələ bir baş hakim mənə heç nədən sarı vərəqə göstərdi. Onu demək istəyirəm ki, Azərbaycan komandalarının oyunlarına təyin olunan hakimlərə xüsusi seçim etmək lazımdır. Düzdür, ?Levski? kifayət qədər güclü komanda olmasına şübhəm yoxdur. Sizi deyə bilmərəm, amma mən öz oyunumdan razı qaldım? - deyə Feliks bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA