?Retro-Sevil?lə ?Klassik Musiqisevərlər? qrupu bir məkanda

img

05-08-2009 [03:50]


Mərhum sənətkar, dünya şöhrətli cazmen Vaqif Mustafazadənin sağlığında yaratdığı ?Retro-Sevil? qrupu yenidən fəaliyyət göstərəcək. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumatı Niyazinin ev muzeyinin direktoru Rza Bayramov verib. Direktorun sözlərinə görə, bu gün Niyazinin ev muzeyində iki bayram bir arada olacaq: ?Niyazinin ev muzeyində bu gün axşam tədbir keçiriləcək. Mərhum sənətkar Vaqif Mustafazadənin sağlığında ?Retro-Sevil? qrupu vardı. Aradan illər keçməsinə baxmayaraq, qrup yenidən gündəmə gəlib. Sözün düzü, bu qrupun kimlər tərəfindən yaradılmasından xəbərsizəm. Amma bir onu deyə bilərəm ki, ?Retro-Sevil? qrupunda 4 nəfər fəaliyyət göstərir. Bu gün qrun üzvləri ilə tanışlıqdı. Onlar lazımı sualları cavablandırdıqdan sonra öz ifalarını təqdim edəcək. 1saata yaxın konsert verəcəklər. Sonra isə gələn qonaqlar öz fikrini bildirəcək. Tədbirə çox yerdən qonaqlar dəvət olunub?. R.Bayramovun fikrincə, gecədə ikinci bir klassik musiqi axşamı yaşanacaq. Bunun isə səbəbkarı ?Klassik musiqisevərlər qrupu? olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA