Kinorejissorlar Gildiyası ilə ictimai Televiziya arasında məhkəmə çəkizməsi davam edir

img

05-08-2009 [03:48]


Kinorejissorlar Gildiyası ilə İctimai Televiziya (İTV) arasında gedən məhkəmə çəkişməsi davam etməkdədir. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə sözügedən gildiyanın mətbuat xidmətinin rəhbəri Şahirə Tacəddin verib. ?Rejissorların müəllif hüquqlarının pozulması ilə bağlı Ginorejissorlar Gildiyası neçə vaxtdır ki, məhkəmə yollarındadır. ?Xəzər TV? ilə münasibətlər yerindəcə həll olundu. Amma İTV ilə olan məsəhələ hələ uzanmaqdadır. Onlar Kinorejissorlar Gildiyasının tələblərinə cavab vermək fikrində deyillər. Rejissorların müəllif hüquqlarını pozduğuna görə biz İTV-ni bu dəfə Ali Məhkəməyə vermişik. Məhkəmə iclası sentyabrın 23-nə təyin edilib. Tələblərimiz dəyişilmədən qalır. Nümayiş olunan filmlərin müəlliflərinin qonararlarının vaxtında ödənilməsi ən vacib şərtdir. Hətta vurulmuş ziyanın ödənilməsi iddiası da məhkəmə prosesinə əlavə edilib?. Ş.Tacəddin sonda onu da bildirdi ki, Ali Məhkəmə də İTV-nin tərəfini tutarsa, yəni huquqları pozulmuş müəlliflərin hüquqnu bərpa etməzsə, o zaman növbəti atddım atılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA