Beynəlxalq Avrasiya Mətbuat Fondu yeni layihənin icrasına bazlayıb

img

05-08-2009 [03:14]


Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) iyul ayının 1-dən ?Azərbaycanın Tərtər rayonunda mina qurbanları və təqaüdçü minatəmizləyənlər üçün peşə təlimi mərkəzinin yaradılması? layihəsinin icrasına başlayıb. Layihə ABŞ Dövlət Departamenti Hərbi-Siyasi Məsələlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin qrant vəsaiti hesabına həyata keçirilir. 2010-cu ilin sonunadək icra ediləcək layihənin əsas məqsədi Tərtər rayonunda iş imkanları yaratmaq və minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyasına yardımçı olmaqdır. Layihənin fəaliyyət planına əsasən, artıq işçi heyət formalaşdırılıb və müvafiq qaydada təlimatlandırılıb. İşçi heyətə izah edilib ki, layihə çərçivəsində mina qurbanları, onların ailə üzvləri və təqaüdçü minaxtaranlar üçün peşə təlimi həyata keçirmək və bununla da regionda bu təbəqədən olan insanlar arasında işsizliyin səviyyəsinin aşağı salınması nəzərdə tutulur. Bu məqsədlə Tərtər rayonunda yaradılacaq Peşə Təlimi Mərkəzində xalçaçılıq, reklam-dizayn, rəngsazlıq, mənzil-dekorasiya işləri və digər peşələr üzrə təlimlər keçiləcək. Sonra isə iştirakçıların bacarıqlarına uyğun olaraq, işlə təmin olunmalarına köməklik göstəriləcəkdir. Layihənin faydalılığı, ən azı təlimlərə cəlb edilən 60 nəfərdən çox insanın işlə təmin olunmasından və ya onlar üçün kiçik biznes sahələrinin inkişaf etdirilməsindən ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR