KiV-in inkizafına Dövlət Dəstəyi Fonduna təqdim olunan layihələr arazdırılır

img

04-08-2009 [05:11]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) elan etdiyi layihə-müsabiqəyə mətbuat orqanları, jurnalist təşkilatları və informasiya agentlikləri 109 layihə təqdim ediblər. Hazırda kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən həmin layihələrin araşdırılması prosesi gedir. Avqust ayında bu layihələr hər mövzunun meyarı əsasında ekspertlər tərəfindən qiymətləndiriləcəkdir. Fond həmin ekspertlərlə artıq müqavilə də bağlanıb. Bundan sonra müsabiqənin qalibləri elan olunacaq və qalib gələn layihələrin maliyyələşdirilməsi prosesi həyata keçiriləcək. Əvvəlcədən müəyyənləşdirilmiş on iki istiqamət üzrə təqdim olunan layihələrdən qalib gələnlərə maksimum 20 min manat ayrılacaq. Bu il yalnız bir belə müsabiqənin keçirilməsi və ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Ona görə də layihələrin icra müddəti dörd aydır. Müsabiqənin nəticələri sentyabrın əvvəllərində elan olunacaq. Qeyd edək ki, bu il fonda 1 milyon 300 min manat vəsait ayrılmışdır ki, bunun da 1 milyon 100 min manatı KİV-lərin və media qurumlarının layihələrinin maliyyələşdirilməsi, jurnalistlərin mükafatlandırılması və digər oxşar məqsədlərə yönəldiləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR