?Tələbələr azad sahibkarlıq fəaliyyətində? beynəlxalq tələbə proqramı üzrə yarız keçiriləcək

img

04-08-2009 [05:05]


?Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)? beynəlxalq tələbə proqramı üzrə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin regional yarışı 5-8 avqust 2009-cu il tarixlərdə keçiriləcək. Yarışda Azərbaycan, Qazaxstan, Qırğızstan və Tacikistan komandaları iştirak edəcəklər. SİFE üzrə regional yarışın keçirilməsində məqsəd ? sahibkarlıq fəaliyyəti sahəsində gənclərin beynəlxalq əlaqələrini genişləndirmək, SİFE yarışı üzrə Azərbaycan komandalarının bacarıqlarını və təcrübələrini artırmaqdan ibarətdir. ?Tələbələr azad sahibkarlıq fəaliyyətində? (students in free enterprises - SİFE) beynəlxalq tələbə proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulmuşdur. Hal-hazırda 6 qitəni və 48 ölkəni təmsil edən tələbə komandalar hər il keçirilən Dünya çempionatlarında öz ölkələrini və universitetlərini təmsil edirlər. SİFE beynəlxalq tələbə proqramı üzrə respublika çempionatının keçirilməsində məqsəd ? Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir. Azərbaycanı bu yarışda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Naxçıvan Dövlət Universitetinin komandaları təmsil edəcəklər. Regional yarışda iştirak edən komandaların layihələri yerli və beynəlxalq Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcəkdir. SİFE üzrə regional yarışının açılış mərasimi 5 avqust 2009-cu il tarixdə saat 18.00-da "Af Hotel-Aqua Park? mehmanxanasında keçiriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR