Venesuelada jurnalistlərin həbsini nəzərdə tutan sərt qanun layihəsi hazırlanıb

img

04-08-2009 [05:00]


Venesuelanın baş prokuroru Luisa Orteqa Diaz jurnalistlər üçün dörd ilə qədər həbs cəzası nəzərdə tutan yeni sərt qanun layihəsini təqdim edib. İyulun 30-dakı Milli Assambleyadan əvvəl təqdim olunmuş ?Media Cinayətlərinə qarşı Xüsusi Qanun Layihəsi?nə mediada müxtəlif qanun pozuntuları ilə əlaqədar ciddi həbs cəzaları daxil edilib. Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) bu barədə Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) məlumat verilib. Məlumata görə, yeni layihədə ?dövlətin maraqlarına ziyan vuran?, ?çaxnaşma yaradan? və ya ?ictimai asayişi pozan? jurnalistlər və teleradio işçilərinin həbslə üzləşməsi yer alıb. Qanun indiki formada olduğu kimi qəbul olunsa, anonim müəlliflərin şəxsiyyətini açıqlamaq istəməyən redaktorlar iki ilə, oxucuların yazıya cavabını rədd edən media qurumlarının sahibləri, müdirləri və digər ?cavabdeh şəxslər? dörd ilə qədər həbslə cəzalana bilərlər. Qanun layihəsi səhv informasiya verən və ya xəbəri ictimaiyyətin ?əxlaqi və ya əqli rifah?ına ziyan vurmaq üçün ?idarə edən? istənilən şəxs üçün dörd il həbs nəzərdə tutur. Venesuela hakimiyyətinin bir daha səhv istiqamətdə addım atdığını deyən BMİ-nin direktor müavini Maykl Kudlak Milli Assambleyaya bu qanunu tamamilə rədd etməyi tövsiyə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR