Əbülfət Oğuz əvvəl Dağıstana, sonra Almaniyaya gedəcək

img

04-08-2009 [04:31]


601;kdar artist, tanınmış muğam ifaçısı, Rəşid Behbudov adına Mahnı Teatrının solisti Əbülfət Oğuz Dağıstana səfərə hazırlaşır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sənətkarın özü məlumat verib. ?Avqustun 7-si Dağıstana gedirəm. Dağıstanın icra başçısı mənə dəvət göndərib. Dekada şəklində Moskvaya səfər olacaq. O səfərdə nələr baş verəcək, harada konsertlər keçiriləcəksə bunu yalnız orada biləcəyik. Hələliksə mən oktyabr ayında keçirəcəyim konsert barəsində danışıqlar aparıram?. Ə.Oğuzun sözlərinə görə, sözügedən konsert layihəsi Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq. Onun fikrincə, bu konsertdə ən çox bəstəkar, xalq artisti Nəriman Məmmədovun mahnıları üstünlük təşkil edəcək: ?Bəstəkar Nəriman Məmmədovla işləyirik. Bir neçə mahnı yazılıb. Hələ proqramda 8-10 mahnı var. Oktyabr ayına qədər bu mahnıların hamısı hazır olacaq?. Sənətkarın yenilikləri bununla bitmir. O, həmçinin oktyabr ayında Almaniyada silsilə konsertlərdə iştirak edəcək: ?Şairə Nuridə Atəşi ilə söhbətlərimiz olub. Hazırda isə danışıqlar gedir. Nuridə xanım bizi ?tryo? şəklində Almaniyaya dəvət edib. İstəyir ki, onun cəmiyyəti də Azərbaycan muğamlarının təbliğ olunmasında rolu olsun. Biz də buna razılıq vermişik. İndi istilərin bu qızmar çağında hər üç layihəyə hazırlıq işləri gedir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA