Yaqub Zurufçu Azərbaycan vətəndazı oldu

img

04-08-2009 [12:07]


Prezident İlham Əliyev müğənni Yaqub Zurufçuya vətəndaşlıq hüququ verib. Bu barədə məlumatı müğənni eksklüziv olaraq Lent.az-a açıqlayıb: ?Əslində bu qərar çoxdan imzalanmalı idi. Rəhmətlik Heydər Əliyev o vaxt bu barədə mənimlə söhbət etmişdi. Lakin sonradan tale elə gətirdi ki, qismət olmadı. Amma yenə də Prezident İlham Əliyev tərəfindən iyul ayının 15-də bu barədə sərəncam imzalanıb?. Ölkəsini çox sevdiyini deyən müğənni vətəndaşlıq hüququ aldıqdan sonra hisslərini ilk dəfə bizimlə bölüşüb: ?Düzdü, əslində mən həmin Yaqubam, ölkəsini sevən insanam. Lakin əvvələlr incəsənətdə baş verənlərə münasibət bildirmək hüququndan məhrum idim. Özümü evimdə qonaq kimi hiss edirdim. Lakin indi mənim də bu ölkənin vətəndaşı kimi öz hüquqlarım var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA