ilhamə Quliyevanın ?Azəri-star?ın münsif üzvü olmasını istəyirlər

img

03-08-2009 [05:44]


?Azəri-star? lahiyəsini Əli bəy adlı fiziki şəxs alıb. Cenk bəyin bu layihəyə daha heç bir bağlantıçı yoxdur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?Azəri-star-2009? müsabiqəsinin mətbuat katibi Pərviz Əsgərov deyib. ?Bizim layihə Cenk bəyin təqdim etdiyi ?Azəri-star?dan fərqlənəcək. Bunu bəri başdan deməyin nə mənası? Canlı efirdə hər şey göz qarşısında olacaq. Çalışırıq ki, bu yarışma həmişə kimi bütün telekanalların layihələrindən fərqlənsin. Münsiflər heyəti də açıqlanıb - Yaşar Nuri, Faiq Sücəddinov və Aygün Səmədzadə. Biz ?Azəri-star? olaraq, bu dəfə münsif kimi xalq artisti İlhamə Quliyevaya rəsmi şəkildə müraciət etməmişik. Amma ona böyük hörmətimiz var. Azərbaycanın xalq artistidir, böyük sənətkardır. Vahid Əzizə isə müracət etdik. Amma o, bizə bildirdi ki, səhhəti ilə bağlı problemləri var, ona görə də münsif üzvü kimi bu dəfə heyətdə təmsil oluna bilməyəcək. Düzdür, biz münsüf üzvü kimi üç nəfəri seçdik, amma 4-cü şəxsin məhz İlhamə xanımın olmasını arzulayardıq. Biz ona müraciət etməzdən əvvəl isə o, öz fikrini mətbuat vasitəsiylə bildirdi. Bundan sonra ona müraciət etməyimiz məncə, düzgün olmaz?,-deyən Pərviz Əsgərov İlhamə xanımın mətbuata açıqlama verməsini düzgün saymır: ?Biz onu dəvət etsəydik, o isə etirazını bildirsəydi, o zaman İlhamə xanım haqlı olardı. Amma o, mətbuata açıqlamasında bizim seçdiyimiz iştirakçıları savadsız və bacaraqsız adlandırıb. Axı, bu düzgün deyil. İlhamə xanım ?Azəri-star?da ən yaxşı yerlərdə oturub. Amma biz Yaşar Nuri və Aygün Səmədzadənin də talantına inanırıq. İlhamə xanımın orada olmasını isə çox istərdik. Biz münsif üzvü kimi hər həftə müsabiqəyə bir tanınmış sənətçi dəvət edəcəyik. Mümkündür ki, elə birinci həftə qonağımız İlhamə xanım olsun?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA