AFFA-nın baz katibi "Qarabağ"la bağlı azarkezlərə müraciət etdi

img

03-08-2009 [02:00]


UEFA-nın tələbinə əsasən, avrokublarda çıxış edən klublarımızın ev oyunlarının müəyyən təşkilati işlərinin AFFA tərəfindən həyata keçirilməsi ilə bağlı baş katib Elxan Məmmədov KİV vasitəsilə azarkeşlərə müraciət edib. Qol.Az-ın məlumatına görə, müraciətdə baş katib ilk öncə ?Bakı? və ?Qarabağ? klubunun uğurlu çıxışı münasibətilə təbrik edib: "Bildiyiniz kimi, ?Bakı? və ?Qarabağ?ın avrokuboklarda keçirdiyi son ev oyunlarında cəmi 28 minlik tutumu olan Tofiq Bəhramov adına Respublika stadionuna təxminən 35 mindən artıq azarkeş gəlib. Təbii ki, bu fakt bizi sevindirir. Çünki futbolun inkişafı ilə əlaqədar ölkəmizdə bu idman növünə maraq artır. Amma eyni zamanda, təəssüf ki, klublarımızın qeyd olunan oyunlarında təhlükəsizlik və təşkilatçılıqla bağlı nöqsanlar olub. Bütün beynəlxalq oyunlarda FİFA və ya UEFA-nın nümayəndəsi iştirak edir və oyundan sonra müvafiq hesabat hazırlayır. Təəssüf ki, ?Bakı? və ?Qarabağ?ın avrokuboklardakı son ev oyunları ilə bağlı hazırlanan hesabat heç də müsbət olmayıb. Bununla əlaqədar klublara xəbərdarlıq məktubu göndərilib, eyni zamanda UEFA tərəfindən tövsiyə və tələb olunub ki, klublarımızın qarşıdakı avrokubok oyunlarının təşkilatçılığını AFFA öz üzərinə götürsün və nəzarətdə saxlasın. Təbii ki, AFFA klublarla birgə bu oyunları yüksək səviyyədə təşkil etməyə çalışacaq". Baş katib qeyd edib ki, biletlər artıq hazırdır və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır. Biletlərin qiyməti 1 manatdan 3 manata qədərdir: "Xahiş edirəm ki, ?Qarabağ?ı dəstəkləmək üçün bilet əldə edin və oyunun başlanmasına 2 saat qalmış stadiona gəlin. Unutmayaq ki, bu oyunlarda hər birimiz Azərbaycanı təmsil edirik. İstəmirik ki, klublarımızın beynəlxalq oyunlarda qazandığı uğurun üzərinə UEFA İntizam Komitəsinin hər hansı sanksiyası ilə kölgə salınsın. Ümid edirəm ki, avqustun 6-da ?Qarabağ?ı dəstəkləmək üçün stadionda görüşəcəyik!".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA