?Hədəf? Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğlu həbs olunub (yenilənib)

img

03-08-2009 [01:52]


Bu gün səhər saat 6 radələrində ?Hədəf? Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğlu yaşadığı mənzildə Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib. Bu barədə məlumatı A.Şakiroğlu özü verib: ?Səhər saat 6 radələrində 18-ci polis bölməsinin əməkdaşları yaşadığım mənzilə gələrək məni həbs etdilər. Polis nəfərləri mənə bildirdilər ki, guya mən uzun müddətdir ki, axtarışdayam. Amma mən axtarışda olmamışam. Hər zaman acıq ictimai və siyasi fəaliyyətlə məşğul olmuşam. Tədbirlərdə iştirak etmişəm?. Daha sonra polislər onu Nərimanov Rayon Prokurorluğuna gətiriblər. Orada A.Şakiroğlunu Ramin Səfərov adlı müstəntiq sorğu-suala tutub. Müstəntiq ona deyib ki, guya o, hərbi xidmətdən yayınıb. A.Şakiroğlunun sözlərinə görə, müstəntiq ona məhkəməyə aparılacağını və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçiləcəyini deyib: ?Bu ittiham tamamilə qeyri-qanunidir. Cünki mən bu ilin iyun ayının 7-də, 15-də və 20-də Nərimanov Rayon Hərbi Komissarlığında olmuşam. Orada mənə bildiriblər ki, nə vaxt sənə çağırış vərəqəsi göndərilsə onda hərbi xidmətə gələrəsən?. Maraqlıdır ki, məhkəmənin çıxaracağı hökmü A.Şakiroğluma prokurorluğun müstəntiqi əvvəlcədən elan edib və bildirib ki, o, vəkil tutmalıdır. Gənc fəal hesab edir ki, ona qarşı irəli sürülən ittiham siyasi sifariş əsasında həyata keçirilir və son vaxtlar siyasi aktiv gənclərə yönəlik kampaniyanın tərkib hissəsidir. Aldığımız son məlumata görə, bu gün saat 12 radələrində millət vəkilləri Nəsib Nəsibli, Pənah Hüseyn Ağasif Şakiroğlunun işi ilə bağlı Nərimanov rayon Prokurorluğunda olublar. Hər iki millət vəkili bi məsələ ilə bağlı hazırda Respublika Prokurorluğundadırlar və gənc siyasi fəalın əsassız ittihamlarla həbs olunmasına aydınlıq gətirməyə çalışırlar. A.Şakiroğlu isə hazırda müstəntiqin otağında ifadə verir. O bildirib ki, bu ilin yanvarında hərbi xidmət yaşı çatıb və o vaxtdan bəri dəfəllərlə hərbi komissarlıqda olaraq vətənə borcunu yerinə yetirməyə hazır olduğunu bildirib, ancaq hər dəfə ona "vakant yer yoxdur, olanda xəbər verəcəyik, gedəcəksən" deyiblər. Avqustun 3-də Nərimanov rayon məhkəməsi ?Hədəf? Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğlu haqqında bir aylıq həbs qətimkan tədbiri seçib. Bu haqda ?Azadlıq? radiosuna gənc fəalın atası Şakir İbrahimov məlumat verib. Hərbi xidmətdən yayınmaqda ittiham olunan və barəsində Cinayət Məcəlləsinin 321.1 maddəsiylə iş açılan Ağasif Şakiroğlunun vəkili Bəhruz Quliyev bu qərarı əsassız sayır. Və bu qərardan apelyasiya şikayəti verməyə hazırlaşır: ?Hakim qərarını onunla əsaslandırdı ki, Ağasif Şaikroğlu istintaqdan yayınıb, Nərimanov rayon prokurorluğunun çağırışlarına cavab verməyib. Əslindəsə, Ağasif Şakiroğluna rəsmi çağırış göndərilməyib. Sadəcə, telefonla istintaqa çağırılıb. Beləliklə də, ortada təqsirləndirilən şəxsin çağırışı almasını sübut edən sənəd yoxdur?. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs iki ilə kimi azadlıqdan məhrum edilə bilər. Ağasif Şakiroğlu isə bu ittihamı qondarma saydığını, dəfələrlə hərbi komissarlığa getsə də, əsgər aparılmadığını deyir. Onun sözlərinə görə, bu ittiham fəal gənclərin gözünü qorxutmaq üçün irəli sürülüb. Nərimanov rayon prokurorluğundan isə deyirlər ki, bu ittihamın arxasında siyasi məqsəd durmur. Onlar sadəcə, hərbi komissarlığın Ağasif Şakiroğlunun hərbi xidmətdən yayınması ilə bağlı məlumatını araşdırırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR