Aeroportda ?Levski? ilə bağlı qalmaqal Bolqarıstanla Azərbaycanın münasibətlərini gərginləzdirib

img

01-08-2009 [05:38]


[b]?Bakı?nın təyyarəsini Bolqarıstan tərəfi qəbul etməkdən imtina edib[/b] Xəbər verildiyi kimi, bir müddət öncə Bolqarıstanın ?Levski? klubu ?Bakı? ilə oyundan sonra aeroportda müəyyən problemlərlə üzləşmişdi. Həmin vaxt ?Levski?nin prezidenti Todor Batkov eyni problemləri ?Bakı? üçün də yaradacaqlarını bildirmişdi. Mafioz qüvvələrlə bağlılığı olduğu söylənilən Batkov deyəsən dediklərini həyata keçirməkdə israrlıdır. Fanat.az-a daxil olan məlumata görə ?Levski? ilə oyuna çarter reysi ilə getməyi planlaşdıran ?Bakı?nın təyyarəsini Bolqarıstan tərəfi qəbul etməkdən imtina edib. Artıq məsələ ilə bağlı Xarici İşlər Nazirliyi də məlumatlandırılıb. Verilən məlumatlara görə, yaxın saatlarda məsələ həllini tapmayacağı təqdirdə "Bakı" rəhbərliyi UEFA-ya müraciət edəcək. Bolqarıstan tərəfi ?Bakı?ı üçün yaratdıqları problemə görə heç bir səbəb göstərmir. Artıq Azərbaycanın Bolqarıstandakı səfiri də məsələyə müdaxilə edib. AFFA rəsmiləri da olaydan məlumatlıdır və bütün imkanlarını səfərbər edib ki, məsələ həll olunsun. Bu arada AZAL dövlət konserini bəyanat yayaraq məsələ ilə bağlı bütün məsuliyyəti üzərindən atıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA