Nisə Qasımova ilə ANS rəhbərliyi arasında narazılıq yaranıb

img

01-08-2009 [04:54]


Həftəiçi hər günorta ANS telekanalında canlı yayımda ?Xoş vaxt olun!? verilişinə bundan sonra xalq artisti Nisə Qasımova aparıcılıq etməyəcək. Show.az etibarlı mənbəyə istinad edərək xəbər verir ki, müğənni telekanal rəhbərliyi ilə mübahisə edərək, işdən ayrılıb. Etibarlı mənbə bildirir ki, Nisə Qasımova kanal rəhbərliyindən yeni yayım mövsümündə verilişin dekorlarının dəyişdirilməsini tələb edib. Bu isə kanal rəhbərliyinin ürəyincə olmayıb və xalq artistinin birdəfəlik kanaldan getməsi ilə nəticələnib. ?Hələ ki, Nisə Qasımova ANS telekanalının əməkdaşıdır. Ola bilsin, Nisə Qasımova ilə müqaviləyə xitam verilsin?. Xalq artisti Nisə Qasımovanın ANS telekanalını mübahisə nəticəsində tərk etməsi xəbərinə telekanalın vitse-prezidenti Mirşahin Ağayev münasibət bildirib. Ağayev Lent.az-a açıqlamasında yazilan məlumatları əsassız adlandırıb: ?Nisə Qasımova ilə bizim aramızda heç bir konflikt olmayıb. Sadəcə, son vaxtlar Nisə xanım özündə bir qədər yorğunluq hiss edirdi. Biz hamımız Nisə xanıma çox böyük hörmət bəsləyirik. O da Zeynab Xanlarova kimi Azərbaycanın nəhəng müğənnilərindəndir. Fəaliyyət göstərdiyimiz müddətdə biz çalışırdıq ki, dəyərli keçmişi olan insanların gənclərə öyüd-nəsihət vermək imkanlarından istifadə edək. Nisə xanım da bu işin öhdəsidən çox layiqincə gəlirdi. Bizim qapımız onun üzünə açıqdır. Nə qədər ki, ANS televiziyası var, ANS telekanalının qapıları onun üzünə həmişə açıqdır. Yenə də istənilən vaxt Nisə xanım bizə əməkdaşlıq təklif etsə, razılaşacağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA