Mənsimovların jurnalistlərə qarzı iddiası icraata götürdü

img

31-07-2009 [07:40]


[b]Zahir Əzəmətlə Natiq Muxtarlının növbəti məhkəmə prosesi avqustun 7-də keçiriləcək[/b] Bu gün "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovun Fanat.az-ın layihə rəhbəri Zahir Əzəmət və saytın köşə yazarı, "KomandA" qəzetinin məsul katibi Natiq Muxtarlıya qarşı qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Qaynar.info-nun verdiyi xəbərə görə, saat 15.00-da Nəsimi rayon Məhkəməsində keçirilən iclasa hakim Elmar Kərimov sədrlik edib. Hakim tərəflərin arqumentlərini dinlədikdən sonra AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrini əsas tutaraq işi məhkəmə icraatına qəbul edib. Məhkəmə baxış iclası avqustun 7-si, saat 15.00-a təyin olunub. Qeyd edək ki, Mais Mənsimov özünün və ailəsinin şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək, AR CPM-nin 147.2 və 148-ci maddələri ilə jurnalistlərlə bağlı cinayət işinin başlanılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR