Əhməd Şəfəq Bakıdadır

img

31-07-2009 [06:26]


Millətçi türk müğənnisi Əhməd Şəfəq Bakıdadır. Müstəqil İnformasiya Agentliyinin əməkdaşına açıqlama verən Əhməd Şəfəq Bakıya gəlişinin məqsədi "Cavad xan" filminə baxmaq olduğunu bildirib. Qeyd edək ki, bu gün Azərbaycan kinosunun 111 illiyi qeyd olunur. Tarixi günlə əlaqədar tədbir Heydər Əliyev sarayında keçiriləcək. Rəsmi hissədən sonra "Cavad xan" filmi nümayiş olunacaq. Əhməd Şəfəq onu da bildirib ki, Bakıya budəfəki səfəri zamanı hər hansı bir konserti planlaşdırılmır. Amma Türkiyəli müğənni payızda Azərbaycanda konsert verməyi nəzərdə tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA